Naxçıvanda yaşayış binasında baş verən yanğın söndürülüb.
Bakıvaxtı.az xəbər verir ki, hazırda binada soyutma işləri aparılır.
Yanğının elektrik xətlərində olan qısaqapanma nəticəsində baş verdiyi ehtimal edilir.
***
16:57
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Naxçıvan şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam edir.
Əlavə məlumat veriləcək.
***
16:18
Naxçıvanda güclü yanğın başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Yanğının 3-cü mikrorayon adlanan ərazidə yerləşən yaşayış binalarından birində baş verdiyi bildirilir.





















