• Bakı 7° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Məşhur aktyor İTKİN DÜŞÜB

HADİSƏ

19 Yanvar 2023 | 09:01 | Müəllif: Qalib İbrahimoğlu

Məşhur aktyor İTKİN DÜŞÜB

"Mənzərəli otaq" da daxil olmaqla bir neçə Oskar filminin ulduzu, aktyor Culian Sands gəzintiyə çıxdığı Cənubi Kaliforniya dağlarında beş gündür itkin düşüb.

Bakıvaxtı.az-ın "Haber Global"a istinadla məlumatına görə, bunu San Bernardino dairəsi şerifinin sözçüsü Qloriya Huerta bildirib. Onun sözlərinə görə, 65 yaşlı Sands Baldi dağında cığırda yoxa çıxıb.

Axtarış-xilasetmə qrupları Los-Anceles şəhərinin təxminən 65 kilometr şimal-şərqində yerləşən San Gabriel Dağları bölgəsində axtarış aparıb, lakin yol şəraiti və uçqun riskləri səbəbindən əməliyyatları dayandırmalı olub.

Rəsmilər, hava şəraitinə uyğun olaraq vertolyotlar və dronlarla axtarış apardıqlarını və təhlükəsiz olduqda quruda da axtarışları davam etdirəcəklərini bildiriblər.

Məlumata görə, təhlükəli dağ şəraiti yaradan silsilə fırtınaların sonuncusu ötən həftənin cümə günü Cənubi Kaliforniyanı vurub və həftəsonuna qədər davam edib.

Bu yaxınlarda ərazidə iki piyada həlak olub.

Murad Məmmədli


Məşhur aktyor İTKİN DÜŞÜB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026