• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

İmişlidə yeniyetmə futbolçu dəm qazından öldü

HADİSƏ

19 Yanvar 2023 | 09:43 | Müəllif: Qalib İbrahimoğlu

İmişlidə yeniyetmə futbolçu dəm qazından öldü

İmişlidə bədbəxt hadisə baş verib. Yeniyetmə hamamda çimərkən dəm qazından boğularaq ölüb.

Bakıvaxtı.az-ın Azərtac-a istinadən məlumatına görə, hadisə ötən gün axşam saatlarında İmişli şəhəri Nəriman Nəriman küçəsində qeydə alınıb. Belə ki, 2007-ci il təvəllüdlü Feyziyev Miryusif Rövşən oğlu yaşadığı evin hamamında çimərkən dəm qazından zəhərlənərək ölüb.

Qeyd edək ki, həmin yeniyetmə İmişli futbolunun azyaşlılar üzrə yığmasında qapıçı olaraq çıxış edirdi.

Faktla bağlı araşdırma aparılır


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR