• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Binaların üzərində olan bəzi reklamların yayımı dayandırılıb

CƏMİYYƏT

19 Avqust 2024 | 16:33 | Müəllif: Əli Hüseynov

Binaların üzərində olan bəzi reklamların yayımı dayandırılıb

Son dövlər paytaxtın mərkəzi küçələrində, əsasən tarixi binaların estetik görünüşünü pozan minlərlə reklamın yayımı dayandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Reklam Agentliyinin Aparatında bu gün keçirilən ərazi reklam idarələri rəislərinin iclasında məlumat verilib.

Agentliyin Aparatının rəhbəri Nahid Qasımov və İdarə Heyəti sədrinin müşaviri Elmar Abasovun iştirakı ilə keçirilən görüşdə İdarə Heyəti sədrinin ötən üç ay ərzində verdiyi tapşırıqların icra vəziyyətinə baxılıb, gələcək hədəflər müəyyənləşdirilib.

Qeyd olunub ki, Bakı ilə yanaşı regionlarda da Agentliyin fəaliyyəti ilə bağlı qarşıya çıxan çətinliklərin müəyyən hissəsi həllini tapıb. Digər çatışmazlıqların həllinin sürətləndirilməsinin vacibliyi bildirilib. Vurğulanıb ki, son dövlər paytaxtın mərkəzi küçələrində, əsasən tarixi binaların esetik görünüşünü pozan minlərlə reklamın yayımı dayandırılıb.

Mərkəzi küçələrdə yerləşən açıq məkandakı reklamların yeni eskizləri hazırlanaraq sahibkarlara təqdim edilib. Bu işlər hazırda mərhələli şəkildə davam etdirilir.

İclasda açıq məkanda reklam yerləşdirilərkən şəhərlərin estetik görünüşünə diqqət yetirilməsinin, reklamlarda dövlət dilinin istifadəsinə dair tələblərə əməl olunmasının vacibliyi bir daha vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026