• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

 Bir sıra çimərliklərdə su çirklidir - SİYAHI

CƏMİYYƏT

13 Avqust 2021 | 20:01 | Müəllif: Subhan Mahmudov

Bir sıra çimərliklərdə su çirklidir - SİYAHI

Çimərlik ərazilərindəki dəniz suyunun keyfiyyətinin yoxlanılması məqsədilə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən növbəti monitorinqlər keçirilib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə idarənin rəisi Nazim Mahmudov bildirib ki, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji və fiziki-kimyəvi təhlillər aparılıb. 

Aparılan birgə monitorinq və analizlərin nəticələrinə görə, Bilgəh, Novxanı, Mərdəkan, Şüvəlan, Goradil, Zaqulba, Nardaran və Buzovna çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilindədir.

“Şıx, Türkan, Hövsan, Pirşağı, Corat çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri isə bakterioloji cəhətdən “çirkli” müəyyən edilib”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR