• Bakı 19° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

"Biz Tiranada səfirlik açırıq" - İlham Əliyev

SİYASƏT

08 Dekabr 2022 | 13:07 | Müəllif: Qalib İbrahimoğlu

"Biz Tiranada səfirlik açırıq" - İlham Əliyev

"Razılığa gəldiyimiz kimi, biz fəal dialoqu davam etdirəcəyik. Sizin səfəriniz artıq razılaşdırılmış məsələlərin gedişatını izləmək xarakteri daşıyır".

Bakıvaxtı.az xəbər verir ki, bunu dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib ki. hər iki tərəfdən bütün tapşırıqlar verilib: "Heyətlərimiz fəal şəkildə işləyirlər. Mənim rəsmi səfərimin nəticələri olduqca müsbətdir. Bizim əlaqələrimiz güclənir və yeni imkanlar yaranır. Sizə məlumat verdiyim kimi, biz Tiranada səfirlik açırıq və bu da əməkdaşlığımızın vacib bir əlamətidir. Praktiki nöqteyi-nəzərdən bu, bizə ölkənizdə gedən proseslərlə daha yaxından tanış olmaq imkanı verəcək. Eyni zamanda, bu, bizə ikitərəfli gündəliyimizdə daha da səmərəli olmağa imkan yaradacaq. Bir daha xoş gəlmisiniz".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026