"Biz Rusiyaya diplomatik təkliflərimizi göndərdik. NATO bu həftə də analoji addım atdı".
Bakıvaxtı.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland deyib.
Onun sözlərinə görə, Amerika Rusiyanın bu təkliflərlə bağlı təmaslarda maraqlı olduğuna dair bəzi işarələr görür.
Amerikalı diplomatıən sözlərinə görə, Moskvanın bu cür marağının göstəricilərindən biri dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun gələn həftə danışacağı ehtimalıdır.















