• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Daha bir rus milyarder müharibəyə qarşı çıxdı

DÜNYA

01 Mart 2022 | 18:35 | Müəllif: Subhan Mahmudov

Daha bir rus milyarder müharibəyə qarşı çıxdı

Məşhur rusiyalı iş adamı və Rusiyanın ən böyük banklarından biri olan "Tinkoff"un qurucusu Oleq Tinkov Ukraynada vəziyyətin qəbuledilməz olduğunu və müharibənin əleyhinə olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Tinkov İnstaqramda etdiyi şərhdə, bir müddət əvvəl qurduğu fondla qan xərçəngi olan insanların həyatını xilas etməyə çalışdıqlarını açıqlayıb. "İndi Ukraynada hər gün günahsız insanlar ölür, bu qəbuledilməzdir" deyib.

Dövlətlərin pullarını müharibə yerinə insanları sağaltmaq üçün istifadə etmələri lazım olduğuna işarə edən Tinkov, "Biz bu müharibəyə qarşıyıq" deyib.

Bundan əvvəl rusiyalı milyarderlər Mixail Fridman və Oleq Deripaska Rusiyanın Ukraynaya hücumuna qarşı çıxaraq sülhə çağırış ediblər.(milli.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026