• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

"Putin və Zelenski ilə danışıqlarım davam edəcək" - Ərdoğan

DÜNYA

31 Mart 2022 | 15:08 | Müəllif: Qalib İbrahimoğlu

"Putin və Zelenski ilə danışıqlarım davam edəcək" - Ərdoğan

"Hesab edirəm ki, Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirdiyi görüşlər sülh prosesinə mənalı təkan verdi".

Bakıvaxtı.az xəbər verir ki. bunu Türkiyə Orezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan səfərindən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Türkiyə Prezidenti qeyd edib ki, Rusiyanın Kiyev və Çernobıldakı hərbi əməliyyatlarını əhəmiyyətli dərəcədə azaltmaq qərarı həqiqətən də mühüm addımdır: "Eləcə də dövlət başçılarının bir araya gələ biləcəkləri barədə açıqlamaları da bu addımın nə qədər önəmli olduğunu göstərir. Biz onların həyata keçirilməsini və müharibənin daha çox ölüm və dağıntıya səbəb olmadan bitməsini gözləyirik".

Ərdoğan Özbəkistandan qayıdan kimi həm Putin, həm də Zelenski ilə danışıqlar aparmağa qərarlı olduğunu deyib: "Danışıqlarda həm öz adımdan, həm də millətim adından hər ikisinə təşəkkürümü bildirərək “Məqsədimiz sizi ən qısa zamanda bir araya gətirməkdir” deyəcəyik. Ümid edirəm ki, onları bir araya gətirən məqamda onlardan tarixi rekord əldə edəcəyik".

Ərdoğan, Türkiyənin bu kontekstdə dövlət başçıları səviyyəsində keçiriləcək görüşə ev sahibliyi etməyə hazır olduğunun bəyan edib: "Amma bu arada müvəqqəti atəşkəsin təmin edilməsi böyük əhəmiyyət kəsb edir".

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR