• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

BMT 5 milyonadək ukraynalının qaçqın düşdüyünü açıqladı

DÜNYA

18 Aprel 2022 | 16:17

BMT 5 milyonadək ukraynalının qaçqın düşdüyünü açıqladı

Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra 4,9 milyondan çox insan bu ölkəni tərk etmək məcburiyyətində qalıb.

Bakıvaxtı.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə ali komissarının ofisinin portalında dərc olunmuş məlumatlardan bəlli olur.

Məlumata görə, 2,7 milyondan çox insan Polşa, 743 min ukraynalı Rumıniya, 522,4 minədək sakin Rusiya ərazisinə keçib. Bundan başqa, 461 mindən çox ukraynalı qaçqın Macarıstanda, 423,8 min nəfər Slovakiyada məskunlaşıb.

BMT-nin hesablamalarına görə, Ukraynanı tərk etmiş daha 23,4 minədək sakini Belarus qəbul edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026