• Bakı 10° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

BMT Baş katibi: Qəzzada 196 əməkdaşımız öldürülüb

DÜNYA

03 Aprel 2024 | 00:10 | Müəllif: Subhan Mahmudov

BMT Baş katibi: Qəzzada 196 əməkdaşımız öldürülüb

Oktyabrın 7-dən bu günə kimi Birləşmiş Millətlər Təşkilatının (BMT) Qəzzada humanitar fəaliyyətlə məşğul olan 196 əməkdaşı öldürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterreş beynəlxalq təşkilatın Baş Assambleyasının insan təhlükəsizliyi mövzusuna həsr olunmuş plenar iclasında çıxışında deyib.

Baş katib bildirib ki, 6 ay ərzində Fələstin ərazilərində həlak olan 196 humanitar yardım işçisindən 171-i BMT-nin şəxsi heyətində olub və onların arasında Qərb ölkələrindən olan əməkdaşlar da var.

Baş katib Təhlükəsizlik Şurasının ötən həftə qəbul etdiyi qətnaməsindəki təcili humanitar atəşkəsin icrasını tələb edib: "Qətnamə təxirə salınmadan icra edilməlidir. Bütün girovların qeyd-şərtsiz azad olunmalı və Qəzzaya humanitar yardımların çatdırılmasına şərait yaradılmalıdır", - Baş katib qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026