ABŞ Federal Aviasiya İdarəsi “Boeing” markalı 2612 sərnişin təyyarəsinin oksigen maskası problemi səbəbilə yoxlanılacağını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, ABŞ Federal Hökumətinin rəsmi nəşrində məlumat verilib.
Bildirilib ki, , “Boeing” şirkəti tərəfindən istehsal edilən “Boeing- 737” tipli təyyarələrin bəzilərində oksigen generatorlarının yerindən çıxması sərnişinlərin oksigensiz qalmasına səbəb olub.
Bu səbəbdən 2612 sərnişin təyyarəsinin yoxlamadan keçiriləcəyi elan edilib.
Əli Hüseynov














