• Bakı C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.7426

    RUB - 1.6534

Ukraynadan Nigerə: "Bu qərar təəssüf doğurur"

DÜNYA

08 Avqust 2024 | 16:22

Ukraynadan Nigerə: Bu qərar təəssüf doğurur

"Ukraynanın beynəlxalq terrorizmi dəstəklədiyi, BMT Nizamnaməsini və beynəlxalq hüququ pozduğu iddiaları tamamilə əsassızdır".

Bakıvaxtı.az "Hurriyet"ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Nazirlikdən verilən açıqlamada Niger səlahiyyətlilərinin Malidəki hadisə ilə bağlı heç bir araşdırma aparmadan və heç bir sübut təqdim etmədən Ukrayna ilə diplomatik əlaqələri kəsməsinin təəssüf doğurduğu bildirilib.

"Nigerin qəbul etdiyi qərarın terror dövləti olan Rusiya  ilə yaxınlaşma yolunu seçmiş şəxslərin həmrəylik jesti olduğuna inanırıq. Rusiya iki ildən artıqdır ki, Ukraynaya qarşı bütövlükdə işğalçılıq müharibəsi aparır", - deyə bəyanatda vurğulanıb.

Ukrayna tərəfi bildirib ki, Kiyev ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edir və daxili işlərinə qarışmır. Ukrayna Afrika ölkələri ilə məhsuldar əlaqələr saxlamaq əzmindədir. 

Qeyd edək ki, ötən gün Niger Tuareq üsyançıları ilə Mali ordusu arasında münaqişədə üsyançılara kəşfiyyat dəstəyi verməkdə ittiham etdiyi Ukrayna ilə diplomatik əlaqələri kəsdiyini açıqlayıb. Hökumət sözçüsü polkovnik mayor Amadu Abdramane dövlət televiziyasına verdiyi açıqlamada Kiyevin beynəlxalq terrorizmi dəstəklədiyini və bu təcavüz aktlarını pislədiklərini bildirib. 

Ukrayna isə üsyançıları dəstəklədiyi iddiasını rədd edib.

Gülşən Şərif
 


SON XƏBƏRLƏR

14 Yanvar 2025