Yaponiyada bir ay ərzində polisə 1307 dəfə zəng vuran və təhqiramiz ifadələr işlədən 69 yaşlı Yoşio Şimada həbs olunub.
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, o, "polisin öz vəzifələrini yerinə yetirməsinə mane olmaq" ittihamı ilə saxlanılıb.
Şimada polisə verdiyi ifadəsində "Mən çox zəng etdim" deyərək ittihamları qəbul edib.
O, əvvəllər də oxşar narahatedici zənglərlə bağlı polis tərəfindən xəbərdarlıq aldığını açıqlayıb.
Gülşən Şərif