Əksər insanlar yaşadığı bəzi hadisələri, yaxud həyatına daxil olan bəzi insanları unuda bilmir. Hətta sevgi münasibətində bu halla daha çox rastlaşırıq.
Bakıvaxtı.az xəbər verir ki, əgər keçmiş sevgilinizlə münasibətiniz hələ də ağlınızda qalıbsa, bu, gələcək münasibətlərinizə də öz təsirini göstərəcək. Astroloqlar araşdırıb və keçmişini unuda bilməyən 3 bürcün adını açıqlayıb.
Qoç- Qoçlar həmişə ürəklərini və zehinlərini gözəl xatirələrlə doldurmaq istəyirlər. Münasibətlərində həmişə həyacanlı və xoşbəxt anları yadda saxlayırlar. Keçmişə sarılmaq istəkləri onlara keçmiş sevgililəri ilə keçirdikləri bütün xoş anları xatırladır. Belə düşünmək qoç bürclərinin daim xatirindədir. Keçmiş sevgilisini ağlından çıxarmaqda çətinlik çəkən qoçun psixoloji aspektdən sağalması uzun zaman alır.
Şir- Şir bürcü adətən özünə inamlı və güclü təbiəti ilə tanınır. Onlar həmişə dik durmağa çalışırlar. Ancaq nə qədər özlərinə güvənsələr də, ayrılıq yaşadıqları zaman asanlıqla həyata küsə bilirlər. Münasibətləri bitəndə o insanı unutmaq üçün uzun zaman lazımdır. Ayrılığı asanlıqla qəbul edə bilmədiklərinə görə, keçmiş sevgililərini yenidən sevdirməyin yollarını axtarırlar. Ayrılıqlarını, keçmişdə yaşadığı hadisələri hamıya danışırlar.
Əqrəb- Əqrəblər ümumiyyətlə, münasibətlərində sadiq xarakterləri ilə tanınırlar. Əqrəblər sevgi münasibətlərinə çox həvəslidirlər. Ona görə də kiməsə bağlandıqda ömür boyu birlikdə olmağı xəyal edirlər. Yaxşı münasibətlər pis sona çatdıqda, əqrəb bürcü insanları dərin kədər və məyusluq yaşayırlar. Bu vəziyyətdən asanlıqla çıxa bilmirlər. Onları tez-tez ayrıldıqdan sonra öz otaqlarında ağlayan tapa bilərsiniz. Ayrılıqlardan çox əziyyət çəkən əqrəblər yeni münasibət qurmaqda çətinlik çəkirlər.
Xəyalə Rza
















