Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti ləğv edilir.
Bakıvaxtı.az-a daxil olan məlumata görə, Qaz İstismar Xidməti Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin tabeliyinə verilir.
Hazırda bu məqsədlə "Azəriqaz" İstehsalat Birliyinin Texniki İstismar şöbəsinin rəisi Səməd Əliyev və İdarəetmə aparatının İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayev Naxçıvana ezam olunub.
Məsələ ilə bağlı Bakıvaxtı.az-ın informasiya sorğusuna “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev cavab verib.
“Bu barədə məndə məlumat yoxdur”, - deyə o bildirib.
Ramid İbrahimov
















