• Bakı 7° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bu hərəkətlər monopoliya sayılacaq

CƏMİYYƏT

11 Sentyabr 2023 | 14:34

Bu hərəkətlər monopoliya sayılacaq

Azərbaycanda rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması halları müəyyən edilir.

Bakıvaxtı.az xəbər verir ki, Rəqabət Məcəlləsinin layihəsi Milli Məclisə daxil olub.

Bu Məcəllədə rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması dedikdə aşağıdakılar nəzərdə tutulur:

- ardıcıl 12 (on iki) ay ərzində istənilən dövr aralığında müvafiq bazarın şəxslər qrupuna daxil olmayan subyektlərinin sayının 10 faiz və daha çox azalmasına səbəb olan hərəkətlərə (hərəkətsizliyə) yol verilməsi;

- ardıcıl 12 (on iki) ay ərzində istənilən dövr aralığında hökmran mövqedə olmayan təsərrüfat subyektlərinin birgə bazar payının 50 faiz və daha çox azalmasına səbəb olan hərəkətlərə (hərəkətsizliyə) yol verilməsi;

- digər təsərrüfat subyektlərinin müvafiq bazara daxil olmasının qarşısının alınması;

- müvafiq bazarda təsərrüfat subyektlərinin bazar paylarının 90 faizinin 6 (altı) aydan çox olan müddətdə dəyişməz qalmasına gətirib çıxaran hərəkətlərə yol verilməsi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026