• Bakı 19° C

    3.58 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Bu il 187 milyon manatlıq maliyyə pozuntusu aşkarlanıb

CƏMİYYƏT

16 Sentyabr 2024 | 13:52

Bu il 187 milyon manatlıq maliyyə pozuntusu aşkarlanıb

Bu ilin yanvar-avqust aylarında Hesablama Palatasının nəzarət tədbirləri nəticəsində 186,9 milyon manat məbləğində maliyyə pozuntusu aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Palatanın sədri Vüqar Gülməmmədov Bakıda keçirilən, "Auditor xidməti haqqında" qanunun 30 illiyinə həsr olunmuş "Yaşıl iqtisadiyyat zəminində hesabatlılıq və şəffaflıq" mövzusunda beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, bunun 64,5 milyon manatı dövlət büdcəsinə dəyən zərər, 122,4 milyon manatı digər pozuntular olub. Qurumun kollegiyası büdcəyə dəyən zərərin 48,9 milyon manatının bərpası və yaxud əvəzləşdirilməsi üzrə təkliflər verib. Bərpası haqqında qərar verilməmiş məbləğin təxminən 7,6 milyon manatı sosial xarakterli ödənişlərlə bağlıdır.

Həmçinin, hüquq-mühafizə orqanlarına göndərilən materiallarda ehtimal olunan pozuntuların məbləğinin təxminən 8 milyon manat olduğu bildirilib.

Dövlət maliyyə hesabatlılığının yaxşılaşdırılmasına xidmət edən addımlardan biri də maliyyə hesabatlarının auditi nəticəsində aşkar edilmiş təhriflər üzrə düzəlişlərin aparılmasıdır. 2024-cü ilin 8 aylıq yekunlarına görə, əvvəlki illərdə müəyyən edilmiş təhriflər üzrə 200 milyon manatdan çox düzəliş edilib.\Report


SON XƏBƏRLƏR

18 Sentyabr 2024