2021-ci ildə müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqələrinə BŞTİ tərəfindən 2 343 vakansiya təqdim olunub.
Bakıvaxtı.az xəbər verir ki. bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatında bildirilir.
Məlumata görə, müsabiqələr nəticəsində 2 243 nəfər işə qəbul olunub. Qeyd olunub ki, bunlardan 721 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 1272 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 250 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.
Müəllimlərin işə qəbulu müsabiqəsinin elektron yerləşdirmə mərhələsində müvafiq keçid balını toplayaraq ümumi təhsil müəssisələri üzrə vakant yerə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər üçün 2021-ci ilin fevral, aprel və may aylarında onlayn müsahibələr keçirilib. Müsahibələr nəticəsində müddətli müqavilə əsasında çalışan 1 010 nəfər müəllimin iş yeri daimiləşib.
2021-ci təqvim ili ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış 395 müəllimlə müddətli müqavilə bağlanıb.
Ramid İbrahimov
















