• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

DMX Azərbaycandakı əcnəbiləri vaksinasiyaya çağırdı

CƏMİYYƏT

28 Yanvar 2022 | 12:50 | Müəllif: Qalib İbrahimoğlu

DMX Azərbaycandakı əcnəbiləri vaksinasiyaya çağırdı

Dövlət Miqrasiya Xidməti Azərbaycandakı əcnəbilərə müraciət eidb.

Bu barədə Bakıvaxtı.az-a DMX-dən bildirilib.

Müraciətdə deyili:

r“Dövlət Miqrasiya Xidməti vaksinasiya tədbirlərinin ölkəmizdə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil olunması üçün aiddiyyəti dövlət orqanları ilə birgə müvafiq tədbirlər görür.

Xatırlatmaq istərdik ki, ölkəmizdə qanuni əsaslarla yaşayan (ölkədə olması və yaşması üçün müvafiq icazələr verilmiş) əcnəbilər Azərbaycan vətəndaşları ilə bərabər şərtlər əsasında vaksinasiya oluna bilirlər.

Bununla əlaqədar, ölkəmizdə qanunsuz vəziyyətdə yaşayan əcnəbilərin də vaksinasiya tədbirlərindən yararlanmasının təmin olunması məqsədilə Dövlət Miqrasiya Xidməti həmin şəxsləri vaksinasiya ilə bağlı tələb olunan müvafiq sənədlərin əldə edilməsi üçün regional miqrasiya idarələrinə yaxınlaşmağa dəvət edir. Regional miqrasiya idarələrinin ünvanlarını buradan əldə etmək mümkündür.

Ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng edə bilərsiniz”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR