“Cəfər Cabbarlı” stansiyasına bitişik yeraltı keçiddə yerləşən ticarət mağazasında tüstülənmədən sonra stansiyanın giriş-çıxışına tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bakı Metropolitei" QSC məlumat yayıb.
"Stansiya sərnişinlərin giriş-çıxışına tam açılıb", - deyə qurumdan bildirilib.
***
09:57
"Bakı Metropoliteni" QSC-nin "Cəfər Cabbarlı" stansiyasına bitişik olan yeraltı keçiddə yerləşən ticarət mağazasında tüstülənmə baş verib.
Bakıvaxtı.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, tüstülənmənin nəticələrinin sərnişinlərə təsirlərinin qarşısını almaq məqsədilə stansiyanın giriş və çıxış qapıları dərhal bağlanılıb, havalandırma sistemi sovurma rejiminə keçirilib.
"Cəfər Cabbarlı" və "28 May" stansiyalarının, həmçinin "Cəfər Cabbarlı-Xətai" mənzilində qatarların hərəkəti normal iş rejimi şəraitində təmin edilir.
Saat 10:00-da stansiyanın giriş-çıxışı istifadəyə veriləcək.
Bakı 



