• Bakı 7° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bu ölkə İsrailə tank göndərəcək

DÜNYA

17 Yanvar 2024 | 10:39

Bu ölkə İsrailə tank göndərəcək

Almaniya hökumətinin İsrailin tələb etdiyi dəqiq tank sursatlarının göndərilməsini nəzərdən keçirdiyi və bunu təsdiqləməyi planlaşdırdığı iddia edilib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, “Spiegel” jurnalının internet saytındakı xəbərdə hökumətin İsrailə tank sursatlarının göndərilməsinə icazə verilməsinə prinsipial olaraq müsbət yanaşdığı bildirilir.

Xəbərdə İsrail hökumətinin ötən ilin noyabr ayında Almaniyadan, təxminən, 10 min ədəd 120 millimetrlik tank sursatı tələb etdiyi və bu tələbin Baş Nazirlik, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və İqtisadiyyat Nazirliyi tərəfindən çox gizli şəkildə müzakirə edildiyi qeyd olunub.

İstehsalçıların istədiyi sursatları dərhal təmin edə bilməyəcəyinə görə, Almaniya ordusunun öz ehtiyatlarından sursat tədarükü variantının da nəzərdən keçirildiyi vurğulanıb.

Xatırladaq ki, Almaniya indiyə qədər İsrailə, əsasən, zirehli maşınlar və əsgərlər üçün qoruyucu vasitələrin göndərilməsini təsdiqləyib. Almaniyanın İsrailə silah və hərbi texnika satışı keçən il 10 dəfə artaraq 326 milyon avroya çatıb. İsrail-Fələstin münaqişəsinin başlamasından sonra ilk bir neçə həftə ərzində federal hökumət İsraildən 185 müraciəti təsdiqləyib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026