• Bakı 13° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bu qədər də olmaz! Kimdən şok sözlər

CƏMİYYƏT

27 Oktyabr 2021 | 17:24

Bu qədər də olmaz! Kimdən şok sözlər

Dünyanın ən qapalı ölkəsi olan Şimali Koreyada sular sakitləşmir. Son zamanlar aclıq böhranı ilə üzləşən Şimali Koreya hökuməti reaksiya doğuran bir təkliflə çıxış edib.

Bakıvaxtı.az xəbər verir ki, son zamanlar sınaqdan keçirdiyi raketlərlə gündəmə gələn ölkə “güclüyük” mesajını verməyə çalışsa da, ölkədə böyük aclıq böhranı yaşanır.

Ölkədə milyonlarla insan ərzağa çatmaqda çətinlik çəksə də, hökumət çarə olaraq “az yemək yeməyi” tapıb . Şimali Koreya hökuməti vətəndaşlarının 2025-ci ilə qədər daha az yemək yeməsi barədə xəbərdarlıq edib.

Pyongyang administrasiyası koronavirus epidemiyası səbəbindən sərhədlərini bağlamış və Çinlə ərzaq ticarətini dayandırmışdı.

Yerli sakinlərə Çinlə sərhədin 2025-ci ilə qədər yenidən açılması şansının zəif olduğu barədə xəbərdarlıq edilib.

Hökumət həmçinin ərzaq çatışmazlığında xarici amilləri günahlandırıb və aclığın əsas səbəbləri kimi ölkənin sanksiyalarını, təbii fəlakətləri və qlobal Koronavirus pandemiyasını göstərib.

Kim Çen In son aylarda iştirak etdiyi iclasda ölkədəki ərzaq vəziyyətinin "narahatedici" olduğu barədə xəbərdarlıq etmiş və hakimiyyət orqanlarını kənd təsərrüfatı istehsalının artırılması üçün tədbirlər görməyə çağırmışdı.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026