Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti iyunun 1-dək qüvvədə olduğuna görə Bakı Dövlət Universitetində tədris həftənin iki günü onlayn, üç günü ənənəvi olmaqla hibrid formada davam edir.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq, Bakı Dövlət Universitetinin mətbuat katibi Kəmalə Quliyeva məlumat verib.
BDU sözçüsü bildirib ki, lakin yeni dərs ilindən ənənəvi tədris bərpa olunacaq.
"Eləcə də bu il BDU-nun Yay Məktəbində dərslər ənənəvi formada keçiriləcək", - deyə Kəmalə Quliyeva əlavə edib.
Nuranə Daxilqızı
















