• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu yolun bir hissəsi 2 ay müddətində qismən məhdudlaşdırılacaq

CƏMİYYƏT

06 Sentyabr 2024 | 11:45

Bu yolun bir hissəsi 2 ay müddətində qismən məhdudlaşdırılacaq

Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun bir hissəsi 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti üçün qismən məhdudlaşdırılacaq.

Bu barədə Bakıvaxtı.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun 11,3-cü kilometrində elektron tərəzi sisteminin quraşdırılması ilə əlaqədar bu gündən başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti üçün qismən məhdudlaşdırılacaq:

"Sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə qeyri-şərtsiz əməl etməyi, özlərinin, digər hərəkət iştirakçılarının və tikinti briqadalarında çalışanların həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinməyi xahiş edir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026