• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Buraxılış imtahanları kompüterlə keçirilə bilər?

CƏMİYYƏT

02 Fevral 2023 | 11:11

Buraxılış imtahanları kompüterlə keçirilə bilər?

“Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil”.

Bakıvaxtı.az xəbər verir ki, bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Qurum sədri bildirib ki, hazırda bu üsuldan tam olaraq yüksək səviyyəli - magistraturaya, doktoranturaya qəbul imtahanlarında istifadə edilir.

M.Abbaszadə vurğulayıb ki, buraxılış imtahanları ən kütləvi imtahanlar olduğu üçün həmin imtahaları yalnız kompüterlə keçirmək gələcək 5 ildə mümkün deyil:

“Nəzərə almaq lazımdır ki, sözügedən imtahanlarda 130 mindən çox insan iştirak edir”.

O əlavə edib ki, bu ilin sonuna qədər bütün dövlət imtahanlarının kompüterlə keçirilməsi planlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026