Cəlilabad rayonunda baş verən güllələnmə hadisəsinin bəzi təfərrüatları bilinib.
Bakıvaxtı.az "Report"a istinadla xəbər verir ki, hadisə ötən gün gecə saatlarında rayonun Mikayıllı kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri Cavid Abdiyev və onun qohumu Məhəmməd Abdullayev mal-qaranın həyətyanı sahəyə keçməsinə görə mübahisə ediblər. C.Abdiyev bu barədə öz qohumuna irad bildirib. Mübahisə gecə saatlarında yenidən davam edib. Kəndin dərə hissəsində 21:00 radələrində qarşı-qarşıya gələn qohumların yeni mübahisəsi Cavidin hər iki ayağından ov tüfəngi ilə yaralanması ilə başa çatıb. O, xəstəxanaya yerləşdirilib.
Cavid Abdiyevə ov tüfəngi ilə xəsarət yetirməkdə şübhəli bilinən qohumu Məhəmməd Abdullayev polis orqanları tərəfindən müəyyən edilərək saxlanılıb.
Faktla bağlı müvafiq orqanların araşdırması davam etdirilir.
Güllə xəsarətləri alan şəxsin son durumuna gəlincə, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 1991-ci il təvəllüdlü C.Abdiyev xəstəxananın Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.
Ona hər iki aşağı ətrafda çoxsaylı seçmə yaraları diaqnozu təyin edilib.
Xəsarət alan şəxsə cərrahi müdaxilə olunub, hazırda vəziyyəti stabildir.
***
08:50
Aprelin 5-də saat 23:50 radələrində Cəlilabad rayon Mikayıllı kənd sakini C.Abdiyevin hər iki ayaq nahiyəsinin aşağı ətraflarından odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə C.Abdiyevə ov tüfəngi ilə xəsarət yetirməkdə şübhəli bilinən həmkəndlisi M.Abdullayev müəyyən edilərək saxlanılıb.
Ondan cinayətdə istifadə etdiyi ov tüfəngi aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.
***
08:41
Cəlilabadda güllələnən şəxsin kimliyi müəyyənləşib.
Bakıvaxtı.az-ın məlumatına görə, bu, Mikayıılı kənd sakini, 1991-ci təvəllüdlü Abdiyev Cabir Aslan oğludur.
Taralı aşağı ətrafların güllə yarası ilə əməlyat olunub
Hadisəylə bağlı polis araşdırma aparır.
Murad Məmmədli
***
08:09
Cəlilabad rayonunda güllələnmə hadisəsi baş verib.
Bakıvaxtı.az "Report"a istinadla xəbər verir ki, hadisə Cəfərli kəndində baş verib.
Hadisə zamanı xəsarət alan şəxs hazırda Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunur.
Onun şəxsiyyəti və hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.




jpg-1714981311.webp)











