• Bakı 15° C

    6.68 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Azərbaycanda hər il neçə qız qaçırılır? - STATİSTİKA

HADİSƏ

06 May 2024 | 11:29

Azərbaycanda hər il neçə qız qaçırılır? - STATİSTİKA

Azərbaycanda evlənmək məqsədilər qız qaçırma halları mütəmadi olaraq baş verir.

Daxili İşlər Nazirliyi (DİN) bildirib ki, qız qaçırma adam oğurluğudur, hansısa istisna yoxdur.

Yəni kimsə nikaha məcbur edilə bilməz, bu, qadağandır, məsuliyyət yaradır.

Bəs Azərbaycanda hər il təxminən neçə qız qaçırma halları baş verir?

Bakıvaxtı.az xəbər verir ki, Modern.az bununla bağlı statistikanı öyrənməyə çalışıb.

Dövlət Statistika Komitəsindən saytımıza verilən məlumata görə, 2023-cü ildə 31 adam oğurluğu hadisəsi törədilib ki, bunun da 17-si qız qaçırma olub.

2022-ci ildə adam oğurluqlarına dair 45 hadisə qeydə alınıb, bundan da 25-i evlənmək məqsədilə qızların qaçırılması faktıdır.


SON XƏBƏRLƏR

18 May 2024