• Bakı 15° C

    2.53 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

Cəlilabadda QƏZA - Ölən və xəsarət alanlar var

HADİSƏ

29 Iyun 2022 | 15:04

Cəlilabadda QƏZA - Ölən və xəsarət alanlar var

Cəlilabadda ağır yol qəzası baş verib.

Bakıvaxtı.az-ın report-a istinadən məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza zamanı “Hyundai santa fe” markalı minik avtomobili ilə “VAZ 2107“ markalı minik avtomobili toqquşub.

Nəticədə avtomobillərin sürücüləri müxtəlif dərəcəli xəsarətlər alıblar. Bir nəfər sərnişin isə hadisə yerində ölüb.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Cəlilabadda QƏZA - Ölən və xəsarət alanlar varCəlilabadda QƏZA - Ölən və xəsarət alanlar var
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR