• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Polis əməliyyat keçirdi - Ülfət Güləliyev saxlanıldı

HADİSƏ

29 Iyul 2022 | 11:08

Polis əməliyyat keçirdi - Ülfət Güləliyev saxlanıldı

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Ülfət Güləliyevi saxlayıblar.

Bu barədə Bakıvaxtı.az-a Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin rayonun Zərqova kəndində həyətyanı sahəsində əkib yetişdirdiyi 23 ədəd yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Ü.Güləliyevin barəsində həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026