• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Maqsud Mahmudovun şikayəti üzrə məhkəmə başladı

HADİSƏ

29 Iyul 2022 | 10:50

Maqsud Mahmudovun şikayəti üzrə məhkəmə başladı

Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudov barəsindəki hökmdən verilmiş şikayətlə bağlı məhkəmə prosesi başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə ilkin baxış iclasında ittiham olunan şəxsin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri dəqiqləşdirilib.

İş üzrə baxış iclası avqustun 10-a təyin olunub.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub.

91 nəfərin zərərçəkmiş kimi tanındığı iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hökmə əsasən, Maqsud Mahmudov 14 il müddətinə azadlıqdan məhrum olunub. (apa)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026