• Bakı 29° C

    6.42 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri kəskin artıb

İQTİSADİYYAT

01 Avqust 2024 | 14:28

Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri kəskin artıb

Bu ilin birinci yarısında Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 37,3 milyon dollar, əsaslı xərclər isə təxminən 8 milyon dollar olub, bu da illik müqayisədə müvafiq olaraq 4,4% azalıb və 2,7 dəfə artıb.

Bakıvaxtı.az bu barədə BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci yarısının nəticələrinə həsr olunmuş hesabata istinadən xəbər verir.

    Qeyd olunub ki, CQBK 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır. Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

    Hesabata əsasən, ilin ilk altı ayı ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 63,1 milyon kubmetr səviyyəsində olub.


    SON XƏBƏRLƏR

    08 Iyul 2025