• Bakı 27° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

“Cim-Bom” hücumçusunu İspaniya klubuna satdı

İDMAN

02 Fevral 2024 | 09:31

“Cim-Bom” hücumçusunu İspaniya klubuna satdı

Türkiyənin “Galatasaray” klubu futbolçusu Sedrik Bakambunu İspaniya təmsilçisi “Real Betis”ə satıb.

Bakıvaxtı.az xəbər verir ki, hər iki klub rəsmi saytı vasitəsilə keçidi açıqlayıb.

Tərəflər arasında razılığa əsasən, konqolu hücumçunun transferi “Cim-Bom”a 5 milyon avro qazandırıb. İstanbul nəhəngi 32 yaşlı ön xətt oyunçusunun performansına uyğun daha 5 milyon avro bonus əldə edə bilər. Bakambu La Liqa təmsilçisi ilə 2,5 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Sedrik Bakambu “Galatasaray”a 2023-cü ilin yayında Birləşmiş Ərəb Əmirliklərinin “Al-Nassr” klubundan keçib. Hücumçu daha əvvəl, 2015-2017-ci illərdə İspaniyada “Villarreal”ın formasını geyinib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026