• Bakı 11° C

    2.76 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

“Sabah” “Araz-Naxçıvan”a qalib gəldi 

İDMAN

02 Mart 2024 | 21:25 | Müəllif: Subhan Mahmudov

“Sabah” “Araz-Naxçıvan”a qalib gəldi

Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, “Sabah” öz meydançasında “Araz-Naxçıvan”la qarşılaşıb.

Matçın birinci hissəsində qapılara qol vurulmayıb. Hesab fasilədən sonra açılıb. 54-cü dəqiqədə meydan sahiblərinin oyunçusu Emmanuel Apeh yaxın məsafədən toru silkələyib. Qarşılaşmada son nöqtəni 90+7-ci dəqiqədə Kahim Parris qoyub. Beləliklə, 2:0 hesablı qələbə qazanan bakılılar xallarının sayını 34-ə yüksəldiblər. Naxçıvan təmsilçisi isə 31 xalda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR