• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

“Real”ın düşərgəsində qalmaqal: Ançelotti qəzəbləndi

İDMAN

02 Mart 2024 | 18:13

“Real”ın düşərgəsində qalmaqal: Ançelotti qəzəbləndi

"Real"ın düşərgəsində qalmaqal yaşanır.

Bakıvaxtı.az xəbər verir ki, bu yaxınlarda nüfuzlu "The Athletic" nəşrində "Real "ın qapıçısı Kepa Arrisabalaqanın Madrid klubunda işlərinin pis getməsindən narazı olduğu barədə yazı dərc olunub. Bu, komandanın düşərgəsində xoşagəlməz vəziyyətin yaranmasına səbəb olub.

Bu məlumatın mətbuata sızması baş məşqçi Karlo Ançelottinin xoşuna gəlməyib. İtalyan mütəxəssis Arrisabalaqaya qəzəblənib. Buna görə ona şans verməmək qərarına gəlib.

"Don Karlo" ləqəbli çalışdırıcı artıq rəhbərliyə müqavilə ilə "Çelsi"yə məxsus olan ispaniyalı qapıçının icarə müqaviləsinin uzadılmaması və ya transfer edilməməsi ilə bağlı göstəriş verib./publik.az


SON XƏBƏRLƏR

26 Iyul 2024