• Bakı 20° C

    1.66 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Çin ABŞ ilə ticarət müharibəsində qalib gəlir

DÜNYA

06 Aprel 2025 | 09:42 | Müəllif: Subhan Mahmudov

Çin ABŞ ilə ticarət müharibəsində qalib gəlir

ABŞ Prezidenti Donald Trampın başlatdığı ticarət müharibəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin qalib gəlir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzetində dərc olunan məqalədə deyilir.

Nəşr qeyd edir ki, ABŞ liderinin hərtərəfli tarifləri dünya düzənini bir çox cəhətdən dəyişəcək və bir qalib artıq ortaya çıxıb”.

Məqalə müəllifləri hesab edirlər ki, Birləşmiş Ştatlar Avropa ölkələrini Çinlə iqtisadi əlaqələri zəiflətməyə inandırmaq üçün illər sərf edib, lakin indi ABŞ Prezidentinin hərəkətlərinə görə onların Pekinlə təmaslarını bərpa etməsi an məsələsidir. Bundan əlavə, Çin anti-ABŞ əhval-ruhiyyəsi artmaqda olan Asiya ölkələri üçün alternativ tərəfdaşa çevriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026