• Bakı 27° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Çin Ayda su axtarır

DÜNYA

06 Avqust 2023 | 08:52

Çin Ayda su axtarır

Çinin gələcək “Chang'e 7” missiyasının roveri Ayın işıqlandırılmayan bölgəsinə səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, ölkənin müvafiq qurumları tərəfindən açıqlanan planlara görə, “Chang'e 7” missiyasının eniş aparatı Ayın cənub qütbünün işıqlanan ərazisinə enəcək. Bundan sonra, eniş vasitəsini tərk edən kiçik rover daim kölgədə olan kraterə doğru yol alacaq.

Rover nümunələri toplamaq üçün Ay torpağını qazacaq. Manipulyatordan istifadə etməklə götürülən nümunələr analiz üçün xüsusi aparata qoyulacaq və bu, nümunələrdə su olub-olmadığını müəyyən etməyə imkan verəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026