• Bakı 18° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Cinayət törədən 54 nəfər saxlanıldı

HADİSƏ

25 Aprel 2025 | 10:36

Cinayət törədən 54 nəfər saxlanıldı

Aprelin 24-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Axtarışda olduğuna görə ümumilikdə 145, o cümlədən borclu şəxs qismində axtarışda olan 116 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.


SON XƏBƏRLƏR