• Bakı 22° C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Cozep Borrell Livana GEDƏCƏK

DÜNYA

05 Yanvar 2024 | 11:22

Cozep Borrell Livana GEDƏCƏK

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Livana səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aİ-nin Ali Nümayəndəsinin ofisi məlumat yayıb.

    Bildirilib ki, yanvarın 5-dən 7-dək davam edəcək səfər çərçivəsində Borrell Livan parlamentinin spikeri Nəbih Berri, baş nazir Nəcib Mikati, xarici işlər və mühacir məsələləri üzrə nazir Abdullah Bou Həbib və Livan Silahlı Qüvvələrinin komandanı general Cozef Aun ilə görüşəcək.

    "Səfər zamanı Aİ-nin Ali Nümayəndəsi, həmçinin BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) Missiya rəhbəri və Qüvvələr Komandanı general Aroldo Lazaro ilə fikir mübadiləsi aparacaq", məlumatda qeyd olunub.

    Aİ-nin top diplomatı keçirdiyi görüşlərdə Qəzza və ətrafındakı vəziyyətin bütün aspektləri, o cümlədən onun regiona təsiri, xüsusilə İsrail-Livan sərhədindəki vəziyyət, həmçinin regional gərginliyin qarşısının alınması və mülki şəxslərə humanitar yardımın davam etdirilməsinin vacibliyi müzakirə olunacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    10 Sentyabr 2026