• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ Yəməndə husilərin mövqelərinə zərbə endirdi

DÜNYA

04 Fevral 2024 | 11:11 | Müəllif: Subhan Mahmudov

ABŞ Yəməndə husilərin mövqelərinə zərbə endirdi

ABŞ Yəməndə husilərin mövqelərinə zərbə endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandalığı (CENTCOM) məlumat yayıb.

Məlumatda qeyd olunub ki, ABŞ Mərkəzi Komandanlığının qüvvələri husilərin Qırmızı dənizdə gəmilərə qarşı buraxmağa hazırlaşdıqları qanadlı raketlərə özünümüdafiə məqsədilə yerli vaxtla səhər saat 4 radələrində zərbə endirib. ABŞ qüvvələri Yəmənin husilərin nəzarətində olan ərazilərində qanadlı raketi müəyyənləşdirib və onun bölgədəki ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri, eləcə də ticarət gəmiləri üçün ciddi təhlükə yaratdığını müəyyənləşdirib.

“Bu əməliyyat dəniz nəqliyyatının hərəkətinin və beynəlxalq suların ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri və ticarət gəmiləri üçün daha təhlükəsiz olmasını təmin edəcək”, - deyə CENTCOM-un X sosial şəbəkəsindəki səhifəsində yerləşdirilən məlumatda bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026