• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

ABŞ Ali Məhkəməsindən Trampın seçkidə iştirakı ilə bağlı - QƏRAR

DÜNYA

05 Mart 2024 | 09:57 | Müəllif: Subhan Mahmudov

ABŞ Ali Məhkəməsindən Trampın seçkidə iştirakı ilə bağlı - QƏRAR

ABŞ Ali Məhkəməsi keçmiş Prezident Donald Trampa Koloradoda ilkin prezident seçkisində iştirak etməyə icazə verib.

Bakıvaxtı.az xəbər verir ki, Ali Məhkəmə Kolorado Məhkəməsinin bununla bağlı tətbiq etdiyi qadağanı ləğv edib.

"ABŞ Konstitusiyasına 14-cü Düzəlişin 3-cü bölməsinin dövlət vəzifəsi sahibləri və namizədlərlə bağlı tətbiqi səlahiyyəti ştatlara deyil, Konqresə aid olduğu üçün biz bu qərarı ləğv edirik", - məhkəmənin qərarında deyilir.

Xatırladaq ki, Kolorado Məhkəməsi Trampın 2024-cü ildə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq üçün keçirilən yerli ilkin seçkidə iştirakını qadağan etmişdi. Tramp bu qərardan yanvarın əvvəlində ABŞ Ali Məhkəməsinə şikayət etmişdi./publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026