ABŞ-nin Tennessi ştatında təyyarə qəzaya uğrayıb.
Bakıvaxtı.az xəbər verir ki, tək mühərrikli təyyarə I-40 hava limanında qəzaya uğraması nəticəsində bir neçə nəfər həlak olub. Neşvil polisi hadisəni təsdiqləyib. Lakin ölənlərin dəqiq sayı açıqlanmayıb.
Təyyarənin qəzaya uğramasına mühərrik problemlərinin səbəb ola biləcəyi güman edilir.















