• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Daha 184 nəfər doğma yurda döndü - FOTOLAR - YENİLƏNİB

CƏMİYYƏT

11 Mart 2026 | 12:48 | Müəllif: Qalib İbrahimoğlu

Daha 184 nəfər doğma yurda döndü - FOTOLAR - YENİLƏNİB

Növbəti köç karvanları Xocavəndin Qırmızı Bazar qəsəbəsinə və Xocalı rayonunun Xanabad kəndinə çatıb, açarlar təqdi olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Xanabad kəndinə 21 (103 nəfər), Qırmızı Bazar qəsəbəsinə isə 20 ailənin (81 nəfər) qayıdışı təmin olunub.

***

11:56

Növbəti köç karvanları Xocavənd və Xocalı rayonlarına çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 20 ailə (81 nəfər), o cümlədən Füzuli rayonundan – 8 ailə (34 nəfər), Bakı şəhərindən – 6 ailə (27 nəfər), Beyləqan rayonundan – 5 ailə (18 nəfər), Ağcabədi rayonundan – 1 ailə (2 nəfər), Xocalı rayonunun Xanabad kəndinə, cəmi – 21 ailə (103 nəfər), o cümlədə Bakı şəhərindən – 8 ailə (45 nəfər), Bərdə rayonundan – 6 ailə (29 nəfər), Ağcabədi rayonundan – 3 ailə (16 nəfər), Oğuz rayonundan – 1 ailə (7 nəfər), Goranboy rayonundan – 1 ailə (3 nəfər), Gəncə şəhərindən – 1 ailə (2 nəfər), İsmayıllı rayonundan – 1 ailə (1 nəfər) köçürülüb.

***

08:11

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, Xocavənd rayonun Qırmızı bazar qəsəbəsinə və Xocalı rayonunun Xanabad kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Belə ki, bu mərhələdə Xocavəndin Qırmızı bazar qəsəbəsinə 20 ailə - 81 nəfər, Xocalının Xanabad kəndinə isə 21 ailə - 103 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.


Daha 184 nəfər doğma yurda döndü - FOTOLAR - YENİLƏNİBDaha 184 nəfər doğma yurda döndü - FOTOLAR - YENİLƏNİBDaha 184 nəfər doğma yurda döndü - FOTOLAR - YENİLƏNİBDaha 184 nəfər doğma yurda döndü - FOTOLAR - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026