• Bakı 7° C

    4.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Daha 2 cüdoçumuz bürünc medal qazandı

İDMAN

24 Iyun 2022 | 19:53 | Müəllif: Subhan Mahmudov

Daha 2 cüdoçumuz bürünc medal qazandı

Azərbaycan 2 cüdoçusu Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, 66 kq-da çıxış edən Nicat Nağıyev və 73 kq çəki dərəcəsindəki Əbil Yusubov 3-cü yeri tutublar. Onlar müvafiq olaraq, fransalı Aleksis Renar və italiyalı Federiko Bosisə qalib gəliblər.

Bu gün, həmçinin, kişilərdən Əli Hacızadə (73 kq) bürünc, qadınlardan Fidan Əlizadə (57 kq) isə qızıl medal uğrunda yarışacaq.

Qeyd edək ki, ilk yarış günündə Şahin Orucov (55 kq), Nizami İmranov (60 kq) qızıl, Aydan Vəliyeva (48 kq) gümüş, Məhəmməd Məmişov (50 kq) isə bürünc medal əldə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026