• Bakı 18° C

    4.7 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazandı

İDMAN

24 Aprel 2024 | 22:53

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazandı

Serbiyanın paytaxtı Belqradda boks üzrə Avropa çempionatında 1/4 final döyüşləri keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə rinqə çıxan Azərbaycan millisinin daha bir idmançısı qələbə qazanaraq yarımfinala yüksəlib.

63,5 kiloqramda Malik Həsənov üçüncü görüşündə Din Klensi (İrlandiya) ilə qarşılaşıb. Boksçumuz rəqibini hər 3 raundda məğlub edib. Həsənov yekunda "Paris-2024" Yay Olimpiya Oyunlarının lisenziyaçısına 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, yarımfinalda moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayacaq.

Bununla da yarımfinala yüksələn boksçularımızın sayı 2-yə çatıb. Özləri üçün ən azı bürünc medalı təmin edən təmsilçilərimiz bu mərhələnin görüşlərinə aprelin 25-də çıxacaqlar.

Qeyd edək ki, bir gün öncə Alfonso Dominqes (92 kiloqram) də yarımfinalda iştirak hüququ qazanıb.


SON XƏBƏRLƏR

03 May 2024