Polşada tibbi maska ilə bağlı tələb ləğv edilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Adam Nedzelski deyib.
Onun sözlərinə görə, qərar martın 28-dən etibarən qüvvəyə minəcək.
"Ölkə ərazisində maska rejimi yalnız tibb müəssisələrində qüvvədə qalacaq", - deyə nazir qeyd edib.
Eyni zamanda, həmin tarixdən etibarən Polşaya gələn xarici vətəndaşlar üçün karantin tələbi də aradan qaldırılır.
















