• Bakı 10° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Daha bir qazi İNTİHAR ETDİ - YENİLƏNİB

HADİSƏ

03 Aprel 2024 | 19:00 | Müəllif: Subhan Mahmudov

Daha bir qazi İNTİHAR ETDİ - YENİLƏNİB

Hacıqabul rayon sakini, Vətən müharibəsi qazisi Qocayev Kənan Davud oğlu bu gün səhər saatlarında intihara cəhd edib.

Şirvan Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən verilən məlumata görə, Kənan Qocayev ilk olaraq Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, vəziyyəti ağır olduğundan sonradan Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilib.

Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhum bu gün böyüyüb boya-başa çatdığı Hacıqabul rayonu, Birinci Udullu kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, K.Qocayev Hacıqabul rayon Nəvahi kənd orta məktəbində “Hərbi rəhbər” vəzifəsində işləyirdi.

 

16:40

Şirvan rayonunda intihar hadisəsi baş verib. 

Bakıvaxtı.az xəbər verir ki, rayon sakini Kənan Qocayev özünə qəsd edərək həyatına son qoyub.

"Gənc Qazilər" İB adıçəkilən şəxsin Vətən müharibəsində iştirak etdiyini, qazi olduğunu açıqlayıb. /unikal


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026