• Bakı 22° C

    6.74 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Deputat: “Qarabağda həyat yenidən başlayır”

SİYASƏT

08 Iyul 2025 | 11:30

Deputat: “Qarabağda həyat yenidən başlayır”

Zəfərdən sonra Xankəndi daxil olmaqla Qarabağ və Şərqi Zəngəzurun qurulmasına və inkişafına yalnız dövlət büdcəsindən 21 milyard manatdan çox vəsait ayrılıb. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə iclasında deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, artıq 50 mindən çox vətəndaşımız işğaldan azad olunan ərazilərdə yaşayır və çalışırlar. 15 mindən çox keçmiş məcburi köçkünlər isə öz dogma yurdlarına qayıdıblar. 

"Gələn ilin sonunadək Qarabağda və Şərqi Zəngəzurda məskunlaşanların sayı 140 min, o tarixi ərazilərimzdə yaşayanların sayı isə 200 mindən çox olacaq. Budur əsası Milli Lideri tərəfindən formalaşdırılan və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən müasir Azərbaycanın gücü",- deyə millət vəkili söyləyib.

Mina Mikayılova


SON XƏBƏRLƏR