• Bakı 21° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Digahda davada xəsarət alan daha bir nəfər öldü

CƏMİYYƏT

04 Iyul 2023 | 17:20

Digahda davada xəsarət alan daha bir nəfər öldü

Xəbər verildiyi kimi, iyulun 3-də Abşeron rayonunun Digah qəsəbəsi ərazisində 4 nəfər şəxsə kəsici alətlə xəsarət yetirilməsi, onlardan birinin aldığı xəsarətlərdən xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Sərxan Həşimov şübhəli şəxs qismində tutulub.

Bu barədə Bakıvaxtı.az-a Baş prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu gün, xəsarət alan şəxslərdən daha biri - Hicran Həşimova müalicə aldığı xəstəxanada ölüb.

Sərxan Həşimov Cinayət Məcəlləsinin 120.2.7 və 29, 120.2.7-ci maddələrilə (qəsdən iki şəxsi öldürmə və qəsdən 2 şəxsi öldürməyə cəhd etmə) təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İstintaq tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026