• Bakı 22° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Azərbaycana gələn ərəblərin sayı AZALDI

CƏMİYYƏT

03 Avqust 2023 | 15:35

Azərbaycana gələn ərəblərin sayı AZALDI

Azərbaycana gələn turistlərin ölkə mənşəyində də dəyişiklik qeydə alınır. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, bu ilin ilk yarısında Avropadan Azərbaycana gələn turistlərin sayı 40 faiz artsa da, Körfəz ölkələrindən gələnlərin sayı 8,9 faiz azalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə iqtisadçı alim, deputat Vüqar Bayramov qeyd edib.

“Ən yüksək artımlar isə Çin (7,2 dəfə), Türkmənistan (3,9 dəfə) və Hindistandan (3,1 dəfə) gələn turistlərin sayında müşahidə olunub. Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur. Pandemiyadan əvvəlki 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yenilənməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlərlə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Bu, turizm gəlirlərində dayanıqlığı artıra bilər”, - Bayramov bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026